Müsəlmanların Youtube-u

03-12-2008 / 08:42

Müsəlmanların “Youtube”si deyilən ictimai saytı “Muxlim.com” yaxında daha da genişlənəcək!

Veb saytının qurucularından və Muxlimin İdarə Həyəti başçısı Məhəmməd Əl Fatatri dediyinə görə, Muxlim Pal (Muxlim Yoldaş) adını verdikləri uyğulamanı bir neçə həftə içində başladacaqlarını bildirərək, dünya səviyyəsində bütün Müsəlman gəncləri bu virtual dünya tətbiqini sınamağa və təəssüratlarını bir - biriləri ilə bölüşməyə çağırdı.

Muxlim Pal”da da gənclərin məşhur virtual dünyası olan Habbo”da

olduğu kimi öz səhiflərini yarada biləcəklərini və yoldaşlarıyla sərbəst əlaqə qura biləcəklərinii ifadə edən Əl Fatatri, bütün dünyadan Müsəlman cəmiyyətini bir araya gətirməyi məqsəd qoyan Muxlim Pal”a digər dinlərin mənsublarının da qatıla biləcəklərini söylədi.

Finlandiyədə yaşayan Əl Fatatri, bəzi Müsəlman ölkələrinin bəzi virtual dünya şəbəkələrində istifadəçilərin müsəlman olmadıqları üçün şəbəkəyə qoşulmalarında əngəl törətdiklərini qeyd etib.

Mərkəzi Helsinkidə olan və dekabr 2006-da yaradılan Muxlim.com-u, hər ay 190 dəyişik ölkədən 1,5 milyon adam ziyarət edir. Söhbət forumları və fotoşəkil paylaşması xidməti verən sayt ayrıca Quran dinləmə imkanı da təqdim edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə