Müştəri ilə obyekt arasında əlaqə yaradan Weecomi təqdim olundu

14-12-2015 / 11:50

Dekabrın 12-də Weecomi International-ın təşəbbüsü ilə “Hayallerime adım-adım” adlı tədbir keçirilib.

Xeberler.az bildirir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda fəaliyyətə başlamış Weecomi tətbiqini ictimaiyyətə tanıtmaq olub.

Mərasimdə layihə rəhbərləri Özkan Hamza Cıbır və Çağatay Berker, proqramın ölkəmizdə tətbiqi istiqamətində yaxından iştirak etmiş tələbə və gənclər iştirak edib.

Layihə təsisçilərindən Özkan Hamza Cıbır tədbir iştirakçılarına layihə barədə məlumat verib. O bildirib ki, Weecomi istifadəçilərin həftəlik, aylıq, günlük tələbatını ödəyən beynəlxalq vahid elektron kart sistemidir.

“Weecomi layihəsi 2015-ci il aprelin 2-dən Azərbaycanda ASAN xidmət tərəfindən qeydiyyat alınıb. Aprelin 7-dən fəaliyyətə başlayıb. Bu, mobil ticarət layihəsidir. Layihənin məqsədi müştərinin xərclədiyi puldan pul qazanmasını təmin etməkdir”.

 

 

Tədbirdə qeyd olunub ki, Weecomi tətbiqindən yararlanmaq üçün ilk öncə telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır. Bu zaman istifadəçiyə müvafiq QR kod təqdim ediləcək. Bu QR kod vasitəsilə müştəri istənilən mağazadan alış-veriş edə biləcək.

Weecomi layihəsinin digər təsisçilərindən Çağatay Berker tətbiqin azərbaycanlı istifadəçilər tərəfindən ölkədə tanınması istiqamətində işlər görən, layihənin məşhurlaşmasına kömək edən azərbaycanlı gənclərə təşəkkür edib.

O, Weecomi layihəsinin mahiyyəti, ölkəmizə, gənclərə, sıravi vətəndaşlara faydasından, tətbiqə qoşulma prosesindən, layihədən pul qazanmaq üsullarından bəhs edib.

“Weecomi Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Almaniyada fəaliyyət göstərir. Təqdim olunan sistem müştəri ilə obyekt arasında tətbiq vasitəsilə əlaqə yaratmaq üçündür. Hazırda tətbiqin yalnız Android versiyasından yararlanmaq mümkündür, iOS versiyası da yaxın zamanlarda istifadəyə veriləcək”.

 

Tədbirdə Weecomi layihəsinin Azərbaycanda tanınmasında yaxından iştirak edən azərbaycanlı gənclər mükafatlandırılıb.

 

Ruhəngiz Muradova

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə