Nar 1 iyun balacaları təbrik etdi

01-06-2018 / 18:56

Xeberler.az bildiri ki, Nar 1 iyun – Uşaqların beynəlxalq müdafiəsi günündə növbəti sosial aksiyaya imza atdı. Hər il 1 iyun tarixində müxtəlif maraqlı layihələrlə ənənəvi olaraq uşaqları təbrik edən mobil operator bu il də fərqli bir təşəbbüslə çıxış etdi. Belə ki, Youtube platformasındakı Azərbaycan Xalq Nağılları kanalında Azərbaycan dilində böyük bir milli nağıl resursu yaradıldı. Səsləndirilmiş 60 milli nağıl xüsusi tərtibatlı CD-lərə köçürüldü. Bu CD-lərdən ibarət kataloq Respublika Gözdən Əlillər Kitabxanasına hədiyyə edildi.

Nağılların peşəkar studiyada səsləndirilməsi prosesinə Belə-belə işlər layihəsindəki uğurlu fəaliyyəti və balacalara olan sonsuz sevgisi ilə fərqlənən Kəmalə Rövşən cəlb edildi. Uşaqlara nağıl danışmağı çox sevən Kəmalə xanımın bu həvəsi Nar operatorunu belə bir faydalı aksiyaya imza ataraq balacaları sevindirməyə ruhlandırdı. Prosesin əks olunduğu xüsusi video Nar-ın sosial media səhifələrində ictimaiyyətə təqdim edildi.

Xatırladaq ki, elm, təhsil və uşaqlara qayğı Nar korporativ sosial məsuliyyət (KSM) strategiyasının tərkib hissəsidir. Mobil operatorun KMS strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə