Nar 2018-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb

13-03-2019 / 18:24

Azərbaycanın ən gənc mobil operatoru “Nar” 12 il ərzində əldə etdiyi nailiyyətlər və 2018-ci ilin yekunları ilə bağlı hesabat açıqlayıb.

Xeberler.az  bildirir ki, media nümayəndələrinin iştirakı ilə keçirilmiş mətbuat konfransında çıxış edən “Azerfon”un baş icraçı direktoru Qunnar Panke bildirib ki, mobil operator ötən il ərzində bir çox göstəricilər üzrə yüksək nailiyyətlər əldə edib.

Baza stansiyalarının sayını sürətlə artıran və hazırda ölkədə ən geniş şəbəkələrdən birinə malik olan “Nar” 2018-ci ildə 170 3G, 800-dən çox 4G baza stansiyası quraşdırıb. Bununla da, 2018-ci il üçün planlaşdırılan 3G baza stansiyalarının sayı 2600-ü keçib, 4G baza stansiyalarının sayı isə 1700-ün üzərindədir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 47 bölgə “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 68 faiz artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 150 faiz artaraq, 500 min nəfəri ötüb.

“Nar”ın göstərdiyi yüksəkkeyfiyyətli xidmət və sərfəli qiymət sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi baza 13 faiz artaraq 2,2 milyondan çox olub. Abunəçi bazasının 56 faizi paytaxt Bakının, 44 faizi isə regionların payına düşür. “Nar” abunəçiləri arasında smartfon istifadəçilərinin sayı son bir il ərzində 27 faiz artıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon istifadəçilərinin 38 faizi regionların, 62 faizi isə Bakının payına düşür.

“Azerfon”un baş icraçı direktoru Q.Panke 2018-ci il ərzində “Nar”ın əldə etdiyi nailiyyətləri və 2018-ci ilin yekunlarını yüksək qiymətləndirib: “Nar” olaraq əsas hədəfimiz paytaxtla yanaşı, regionlarımızda da şəbəkəmizi daha da gücləndirməkdir. Bu il 700-dən çox 4G baza stansiyası quraşdırmağı hədəfləmişik. Bütün ölkə boyunca şəbəkəmizi gücləndirməklə, abunəçilərimizin tələblərinə uyğun məhsullar təklif etməklə bazarda payımızı 22 faiz artırmağa nail olmuşuq”.

“Nar” ötən il ərzində satış üzrə də yüksək nailiyyətlər əldə edib. 2017-ci illə müqayisədə satış üzrə 17 faiz artım müşahidə olunub. Mobil operator pərakəndə satış üzrə 22 faiz, səyyar satış komandasının yaradılması ilə ucqar kənd və ərazilərdə 171 faiz artıma nail olub. Biznes tərəfdarlarının sayını ildən-ilə sürətlə artıran mobil operator il ərzində 570-dən çox yeni korporativ şirkət cəlb edib.

“Nar”ın müştərilərə göstərdiyi yüksəkkeyfiyyətli xidmət sayəsində müştəri məmnuniyyətində sürətli artım müşahidə olunub. Müstəqil araşdırma şirkətləri tərəfindən aparılmış bir neçə sorğunun nəticələrinə əsasən, son bir il ərzində “Nar” müştəri loyallığı indeksi üzrə 45 faiz artım qeydə alınıb. Bundan başqa, son bir il ərzində mobil internet məmnuniyyət göstəricisi üzrə 16 faiz yüksəliş qeydə alınıb.

Abunəçilərin fikrinə əsasən, “Nar” mobil internet sahəsində liderdir.

2018-ci il ərzində mobil operatorun təqdim etdiyi məhsullarla – “Nar TV”, “Nar MiFi”, “Nar Wi-Fi” ilə abunəçilər innovativ xidmətlərdən yararlanmaqla yanaşı, sərfəli qiymətə yüksəksürətli internetə çıxış əldə edib, xaricə səyahət çıxan abunəçilər üçün yeni sərfəli rominq paketləri təqdim olunub. Bundan başqa mobil operatorun təqdim etdiyi “Full” paketləri ilə abunəçilər ay ərzində topladıqları bonusları növbəti aylara keçirir və qalıq bonusların dəyişdirilməsi funksiyasından – “Çevir” xidmətindən yaralana bilirlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə