Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəricilərə malikdir

14-03-2016 / 15:01

2015-ci ilin son rübündə mobil operatorların şəbəkə keyfiyyətinin müstəqil monitorinqinin nəticələrinə əsasən, Nar 4G şəbəkəsi ölkədə ən yüksək göstəriciləri nümayiş etdirib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, müasir avadanlıqlar vasitəsilə keçirilmiş testlərə əsasən, Nar 4G (LTE) şəbəkəsi Abşeron yarımadası və Bakı şəhərində digər mobil operatorların şəbəkələrindən daha yüksək nəticələr göstərib. 

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olmuş Nar hazırda 2941 2G (GPRS/EDGE), 2086 ədəd 3G (HSPA) və 609 4G (LTE) stansiyası vasitəsilə abunəçilərə kəsintisiz və yüksəkkeyfiyyətli mobil rabitə və internet xidməti göstərir. Hazırda ölkədə heç bir mobil operatorun şəbəkəsi bundan yüksək göstəricilərə malik deyil. 

Gücləndirilmiş və genişləndirilmiş 4G şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda Nar 4G (LTE) şəbəkəsindən istifadə etmiş abunəçilərin ümumi son 3 ay ərzində 65% artaraq, 25000 abunəçiyə çatıb. 

Nar öz abunəçiləri üçün mükəmməl şəbəkə və yüksəkkeyfiyyətli xidmət təmin etmək məqsədilə optimallaşdırma işlərini durmadan davam etdirir. Nar abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən sərfəli qiymətlərlə və əlavə hər hansı bir ödəniş etmədən yararlana bilirlər. 

Mobil operatorun strateji hədəfi etibarlı və yüksəksürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılmış və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılıb.

Nar operatorunun şəbəkəsi haqqında əlavə məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə