Nar 700 bal toplamış abituriyentləri mükafatlandıracaq

20-06-2018 / 17:38

Nar qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq.

Xeberler.az bildirir ki, Nar 2018-ci ildə də ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri xüsusi hədiyyələrlə mükafatlandırmaq niyyətindədir.

Belə ki, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ilin ən uğurlu abituriyentlərinə Nar operatoru adından dəyərli hədiyyələr təqdim ediləcək. Bu məqsədlə, son qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra xüsusi bir tədbirin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ötən il də 700 bal toplamış 15 tələbəni təntənəli surətdə mükafatlandıran mobil operator artıq bu aksiyanı bir ənənə halına gətirib.

Təhsil Nar operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş Nar GSM laboratoriyası yaratıb, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini mütəmadi olaraq xüsusi hədiyyələrə layiq görüb. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən Nar bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə