Nar abituriyentlərə xüsusi mükafatlar təqdim edib

10-08-2017 / 18:02

Nar qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyentlərə xüsusi mükafatlar təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə Nar çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2017-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri dəyərli hədiyyələrlə mükafatlandırdı.

10 avqust 2017-ci il tarixdə ictimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 15 gəncə Nar operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik etmək imkanı qazanıb.

Nar operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb: 

“Bu böyük uğura imza atmış gənclərimizi Nar adından təbrik etmək bizi çox fərəhləndirir. Məhz göstərdikləri yüksək əzmkarlıq və çalışqanlıq kimi təqdirəlayiq xüsusiyyətlər sayəsində gənclərimiz bu nailiyyəti əldə ediblər. İnanıram ki, bu uğur digər gənclərimiz üçün əla bir stimul olacaq və gələcəkdə onların böyük uğurlara imza atmalarını şərtləndirəcək”, - deyə Əziz Axundov sözlərinə əlavə edib.    

Günel

 

 

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.