Nar abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim edir

30-11-2015 / 17:44

“Ailəm” paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim olunur.

Xeberler.az bildirir ki, abunəçilər paketdən yararlanmaqla öz ailələri, dostları və yaxınları ilə 29 fevral 2016-cı il tarixədək pulsuz ünsiyyət imkanı əldə edirlər. “Ailəm” paketinə daxil olan 4 nömrənin hər birinə 1 AZN ilkin balans və 100 MB internet trafiki hədiyyə edilir.

“Ailəm” paketinin üstünlüklərindən nəinki bütün Nar istifadəçiləri, digər operatorların abunəçiləri də faydalana bilərlər. Bunun üçün onlar sadəcə öz nömrələrini MND (mobil nömrə daşınması) vasitəsilə Nar operatoruna keçirməlidirlər.

“Ailəm” paketində ölkədaxili digər istiqamətlərə olan zəngin dəqiqəsi isə Unikal tarifinə (ölkədaxili bütün istiqamətlərə 4 qəpik) əsasən hesablanır. 1 mart 2016-ci il tarixindən sonra isə paketinin istifadəçiləri öz aralarında cəmi 1 qəpiyə danışa biləcəklər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə