Nar abunəçiləri WhatsApp-dan pulsuz istifadə edir

24-01-2019 / 16:40

“Nar” abunəçilərini sevindirməyə davam edir. 

Xeberler.az  bildirir ki, bütün “Limitsiz İnternet” paketlərinə qoşulan “Nar” abunəçiləri üçün “WhatsApp” pulsuzdur. Hətta meqabaytlar bitdikdən sonra da abunəçi istifadə müddətinin sonuna qədər pulsuz internetdən və “WhatsApp” ilə limitsiz yazışmadan yararlana bilər. Üstəlik, “XL”, “2XL” və “3XL” paketlərində gecələr internet trafiki tam sürətli olmaqla yanaşı, həm də pulsuzdur və paketin meqabaytlarından istifadə edilmir.
 
Qeyd edək ki, “Nar” abunəçilərə müxtəlif həcmli “Limitsiz İnternet” paketlərdən birini seçmək imkanı verir. İstifadəçilər həm mobil telefonunda, həm də kompüterdə 150 Mb/s-dək sürətdən zövq ala bilərlər.  Bundan başqa, sifariş edilən “Limitsiz İnternet” paketin trafiki bitmədiyi halda belə, abunəçi yeni “Limitsiz İnternet” paketi sifariş edə bilər. Bu zaman hər iki paketin meqabaytları cəmlənəcək və ancaq hər paketin trafiki uyğun paketin istifadə müddəti ərzində aktiv olacaq. Aktiv paketlərin istifadə müddəti bitdikdən sonra sonuncu sifariş edilmiş paket yenidən aktivləşəcək.                                                 
 
“Nar”-ın “Limitsiz İnternet” paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə