Nar AICT-2016 konfransına dəstək verib

12-10-2016 / 16:53

Mobil operator “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” mövzusundakı elmi konfransda təmsil olunub.

12-14 oktyabr   tarixdə texnika sahəsində çalışan mütəxəssislərin beynəlxalq qeyri-kommersiya assosiasiyası olan və radioelektronika, elektrotexnika, hesablama sistemləri və şəbəkələri standartlarının hazırlanması sahəsi üzrə bir dünya lideri hesab edilən Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers – IEEE) “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (Application of Information and Communication Technologies – AICT-2016) mövzusundakı 10-cu beynəlxalq konfransı Azərbaycanda keçirilib.

Azərbaycan Respublikası Rabitə və yüksək texnologiyalar nazirliyi və Təhsil nazirliyinin dəstəyi ilə təşkil edilən üçgünlük elmi konfrans Qafqaz Universitetinin tədris binasında, Bakı Dövlət Universitetində və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

İnformasiya texnologiyalarının inkişafı və innovasiyalara xüsusi önəm verən Nar bu mötəbər tədbirə dəstək verərək, forumun təşkilatçıları arasında yer aldı. Konfransın açılış mərasimində çıxış edən Azerfon şirkətinin texniki və informasiya texnologiyaları üzrə baş müdiri Xəyyam Həsənli informasiya texnologiyaları sahəsindəki yeni trendlərin mobil rabitədə tətbiqi və innovasiyalara meyl edən Nar operatorunun bu sahədəki böyük və uğurlu təcrübəsindən söhbət açdı. Çoxsaylı yerli və xarici qonaqların iştirak etdiyi tədbir dəyərli elmi müzakirələr və geniş təcrübə mübadiləsi formatında keçirilib.    

 

Xeberler.az  

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə