Nar Avropa çempionatının rəsmi tərəfdaşı seçildi

31-08-2017 / 16:01

Nar 20 sentyabr-1 oktyabr 2017-ci il tarixləri arasında Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçilib.

Xeberler.az-ın məlumatına görə,  mobil operator eyni anda Bakı və Göygöl şəhərləri, eləcə də Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil ediləcək voleybol üzrə Avropa çempionatının təşkilatçıları və iştirakçılarını mobil rabitə – zəng və məlumatların ötürülməsi (data) xidmətləri ilə təmin edəcək, eləcə də yarışlara texnoloji dəstək xidməti sahəsində aparıcı provayder rolunu oynayacaq.

Qeyd edək ki, iki il öncə Azərbaycanda keçirilən ilk Avropa Oyunları və bu ilin may ayında respublikada təşkil edilən IV İslam həmrəyliyi oyunlarının telekommunikasiya tərəfdaşı olmuş Nar ölkədə həyata keçirilən mötəbər idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmışdır.

Qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin telekommunikasiya tərəfdaşı olaraq Nar-ın peşəkar əməkdaşları yarışların əməliyyat komitəsini yüksəkkeyfiyyətli xidmətlə təmin etməyi hədəfləyirlər. Nar bu növbəti idman bayramının Azərbaycana daha bir uğur gətirəcəyindən əmin olmaqla, bu uğurun qazanılması üçün əmək sərf etməkdən qürur duyduğunu ifadə edir.   

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə