Nar aztəminatlı ailələrdən olan uşaqlara dəstək olur

24-05-2019 / 09:09

“Nar”-ın dəstəyilə kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün təşkil edilən peşəkar boks təlimləri davam edir.

Xeberler.az bildirir ki,artıq dördüncü ildir ki, keçirilən bu layihədə 200-dən çox tələbə iştirak edib.

Təlimlər Azərbaycanın aparıcı boks klubu “Baku Fight Lab”-in dünya və Avropa çempionları tərəfindən keçirilir. Təlimlərdə iştirak edən gənc boksçuların və müəllimlərin peşəkar idman ləvazimatları “Nar” tərəfindən təşkil edilir.

Yeni mərhələnin başlaması münasibətilə keçirilən tədbir zamanı “Baku Fight Lab” klubunun İcraçı direktoru Fərhad Acalov “Nar”-a minnətdarlığını bildirib və gənclərin asudə vaxtının səmərəli keçirilməsində layihənin əhəmiyyətini vurğulayıb. Daha öncə layihədə iştirak edən tələbələrin qısa zaman ərzində respublika səviyyəsində fərqləndiyini qeyd edən F.Acalov təlimlərə yeni qatılan gənclərə uğurlar arzulayıb.

“Nar” gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, artıq dördüncü ildir ki, boks təlimlərini davam etdirir. Layihənin əsas məqsədi kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqların asudə vaxtını səmərəli təşkil etmək və cəmiyyətə sağlam ruhlu fərdlər qazandırmaqdır.

Qeyd edək ki, “Nar” mobil operatoru “Baku Fight Lab” klubunun rəsmi tərəfdaşıdır.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.