Nar bayram kampaniyasına başladı

24-12-2016 / 10:26

Nar və World Telecom mağazalar şəbəkəsi daha bir müştərək kampaniyaya start verdilər.

Xeberler.az məlumat verir ki, 31 yanvar 2017-ci il tarixədək World Telecom-dan nağd və ya 50% ilkin ödənişlə istənilən smartfonu almış hər bir kəs Nar-dan bonuslar qazanır.

Qeyd edək ki, istənilən Azərbaycan vətəndaşının yararlana biləcəyi kampaniya çərçivəsində Nar-dan bonus olaraq nömrə, 6 ay arzində 250 AZN danışıq balansı və 1,5 GB internet trafiki təqdim olunur. Bonusların aktiv olması üçün balans hər ay birdəfəyə ən az 5 AZN artırılmalıdır.

Kampaniyaya daxil olan smartfonlar barədə məlumatı World Telecom-un çağrı mərkəzinə zəng etməklə (070 5550555) və ya internet səhifəsinə daxil olmaqla (w-t.az) əldə etmək mümkündür.

Nar tarif və kampaniyaları barədə ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.   

 Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə