Nar Cocuq Mərcanlıda şəbəkəsini gücləndirir

16-05-2017 / 14:22

Nar işğaldan azad edilmiş ərazilərdə şəbəkənin gücləndirilməsi istiqamətindəki işləri davam etdirir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, operator Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ərazisinə xidmət edəcək baza stansiyasının quraşdırılmasını və istismara verilməsini elan edib.

Artıq Nar abunəçiləri qeyd edilən ərazidə 3G və 2G xidmətlərindən yararlana bilirlər. Hazırda abunəçilərə xidmət göstərən Nar şəbəkəsi 6041 baza stansiyasını əhatə edir.

Operator ölkənin müxtəlif bölgələri üçün xüsusi tariflər tətbiq edib, əhalinin bütün kateqoriyalarından olan istifadəçilərin maraq və ehtiyacları nəzərə alıb. Sərfəli qiymət, keyfiyyətli rabitə və bölgələr üçün xüsusi tariflərin tətbiqi nəticəsində bölgələrdəki Nar abunəçilərinin sayı əhəmiyyətli dərəcədə artıb.

Nar şəbəkəsi haqqında daha ətraflı məlumatı www.nar.az/map internet səhifəsindən almaq olar.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə