Nar-da 5 ay pulsuz danışıq imkanı

22-09-2017 / 13:20

Nar-ın öz istifadəçiləri üçün hazırladığı xüsusi “Dostunu Nar-a gətir” kampaniyası davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, dost və yaxınlarını Nar ailəsinə gətirmiş istifadəçilər operatordan balans üçün “mobil pul” qazanırlar. Yəni, təklifdən faydalanmaq üçün öz dostlarına Nar ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir kəsin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul gəlir. 

Kampaniyada iştirak etmək üçün yeni abunəçi Nar--ı ona tövsiyə etmiş şəxsin nömrəsini SMS vasitəsilə 7774 qısa nömrəsinə göndərməlidir. İştirakçıların nömrələri iki iş günü ərzində kampaniyaya qoşulur. Yeni abunəçi 5 ay ərzində hər dəfə öz balansını artırdıqda, Nar-ı ona tövsiyə etmiş dostu da öz nömrəsinin balansı üçün eyni məbləğdə pul qazanır.

Bu məbləğ şəbəkədaxili zənglər və SMS-lər üçün istifadə edilə bilər. Bir nəfərin tövsiyəsi ilə nə qədər çox dostu Nar ailəsinə gəlsə, hər dəfə dostlarının öz balanslarını artırması ilə tövsiyəçi də o qədər çox pul qazanır. Dostunu Nar-a gətirərkən, hər iki nömrənin balansına bonuslar gəlir. Yeni abunəçi kampaniyaya qoşulduqdan sonra hesabını ilk dəfə artırdıqda, balansına həmin məbləğdə bonus qazanır. Bu bonus 150 gün müddətində istifadə edilə bilər.

“Dostunu Nar-a gətir” kampaniyasında 90 gündən az olmayaraq şəbəkədə aktiv olmuş cari abunəçilər iştirak edə bilərlər. Nömrəni aldıqdan sonra yeni Nar abunəçisinin tövsiyəçi dostunun nömrəsini 5 gün ərzində SMS vasitəsilə 7774-ə göndərmək imkanı var.

“Dostunu Nar-a gətir” kampaniyasının iştirakçısı olan yeni abunəçi də öz dostlarını və tanışlarını şəbəkəyə dəvət edə və balansına pullar qazana bilər. Başqa sözlə, dostunu Nar-a gətirən hər kəs 5 ay pulsuz danışır, dostu isə 1 aylıq danışıq qazanır.

Ətraflı məlumatı nar.az saytı, 777 qısa nömrəsi və sosial şəbəkələrdə 24 saat fəaliyyət göstərən Nar dəstək xidmətindən əldə etmək olar.  

Xeberler.az

 


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.