Nar daha bir intellektual yarışa dəstək oldu

26-01-2019 / 15:03

Korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təhsilin təbliğinə xüsusi önəm verən “Nar” intellektual oyunlara dəstək olmaqda davam edir.

Xeberler.az bildirir ki, mobil operator intellektual yarışlar sahəsində ixtisaslaşmış “Fibonacci Games” oyununun dördüncü mövsümünün Qala gecəsinin keçirilməsinə dəstək olub. Qeyd edək ki, oyunda dördüncü mövsümün ən güclü 16 komandası iştirak edib. Peşəkar insanlar tərəfindən hazırlanan suallar müxtəlif sahələrə aid olub. Qalib gələn komandalara “Nar” tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Fibonacci Games” layihəsi çərçivəsində 150-dən artıq mütəmadi və korporativ oyun keçirilib, bir sıra komanda quruculuğu (team building) və korporativ tədbirlər təşkil edilib. “Fibonacci Games” oyununun əsas iştirakçıları bank və sığorta, yüngül və ağır sənaye, kommersiya sahələrində və dövlət qulluğunda çalışan şəxslərdir.

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır. Bununla da elmə, təhsilə, biliyə olan marağı artırmağa səy göstərir və maariflənməni təşviq edir. Artıq bir neçə ildir ki, mobil operator “Breyn Rinq” intellektual yarışına baş sponsorluq edir.

Nar-ın KSM strategiyası haqqında ətraflı məlumatı HYPERLINK "http://www.nar.az" nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.