Nar-dan Bilik günü münasibətilə müsabiqə

15-09-2018 / 10:53

Nar 15 sentyabr – Bilik günü münasibətilə daha bir müsabiqə keçirir. Nar abunəçiləri internet üzərindən keçirilən “Məktəb illərini yada sal” müsabiqəsində iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək internet bonusları və hədiyyələr qazana bilərlər.

Xeberler.az  məlumat verir ki, müsabiqə sentyabrın 14-ü saat 18:00-da başlayacaq və 16 sentyabr saat 23:59-da yekunlaşacaq. Nar-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqəsində digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. Nar abunəçisi müsabiqənin qalibi olduğu təqdirdə, 100 MB qazanacaq.

Maksimum nəticə göstərən ilk 20 nəfərə isə mobil operator tərəfindən əlavə olaraq xüsusi hədiyyələr veriləcək. Nəticələr 17 sentyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək.

Qeyd edək ki, müsabiqədə  iştirak etmək üçün bu linkdən istifadə edə bilərsiniz.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə