Nar-dan fiziki məhdudiyyətli gənclər üçün layihə

01-08-2017 / 17:12

Zaqatalada start verilən bölgələrdə “Təlim məktəbi” layihəsi təcrübəli mütəxəssislər və psixoloq tərəfindən aparılır.

Layihə çərçivəsində bölgələrdən olan 40 nəfər yerli sakin iki ay boyunca üç istiqamət üzrə peşə təlimi alacaq. Təlim iştirakçıları smartfon təmiri, dərzi və aşbazlıq kurslarında iştirak edəcək.

Nar-dan Xeberler.az-a  verilən məlumata görə,bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə həm də rayon icra hakimiyyəti və Ailə, Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.

“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda başlamış və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə keçirilmişdi. Nar-ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır. Bu məqsədlə, layihəyə “ASAN Könüllüləri” və “Uğur Akademiyası” da təşkilati dəstək göstərir. Təşkilatçılar “Təlim məktəbini” bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olur.

Artıq 3 ildən çoxdur ki, Nar korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda Nar-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və  bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

Nar-ın korporativ sosial sosial məsuliyyət (KSM) strategiyası haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə