Nar-dan rominqdə olan istifadəçilərə bonus

14-02-2018 / 10:00

Fevralın 13-dən etibarən  xaricə səyahət edənNar istifadəçiləri “Full” paketlərinin üstünlüklərindən daha çox faydalana biləcəklər.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Türkiyə və ya İranda rominqdə olan Nar istifadəçiləri 2 GB-dək internet bonusu qazanacaqlar.

Mobil rabitə bazarında unikal bir təklif olan “Full” paketlərinin əsas özəlliyi istifadə edilməyən bonusların növbəti aya keçməsidir. Beləliklə, rominqdə olan “Full” istifadəçiləri də toplanan bonuslardan növbəti ayda istifadə etmək fürsəti qazanırlar. Bonuslardan “Full 29”, “Full 39” və ya “Full 49” paketlərindən birinə qoşulmuş abunəçilər faydalana bilərlər.  

Xatırladaq ki, Nar-ın “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayırlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan Nar istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təklif etməklə, eyni fürsətdən rominqdə olan abunəçilərin də yararlanmasını təmin etdi.

“Full” paketləri haqqında ətraflı məlumatı mobil operatorun internet səhifəsindən öyrənmək olar: https://www.nar.az/full.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə