Nar-dan xüsusi endirimli smartfon

16-01-2018 / 17:24

Nar abunəçiləri üçün xüsusi endirimli qiymətlərlə təklif edilir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, hər bir Nar istifadəçisi az.fromae.com/az/nar3 keçidinə daxil olaraq öz nömrəsini qeyd etməklə endirim qazanmaq şansını yoxlaya bilər.

Qeyd edək ki, bu fürsət from.ae internet mağazası ilə loyallıq proqramı çərçivəsində təqdim edilir.  Bu proqramdan yararlanmaqla abunəçilər sərfəli qiymətə smartfonlar əldə edərək Nar-ın 3G və 4G yüksəksürətli mobil internet xidmətlərindən yararlana biləcəklər. Məsələn, Nar-ın tamamilə yeni “Full” paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan Nar istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi. 

Nar internet paketləri və təqdim edilən fürsətlər barədə ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən (nar.az) və ya sosial şəbəkələrdəki Nar səhifələrindən əldə etmək olar.

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə