Nar-dan Yeni il ilə əlaqədar xüsusi kampaniya

25-12-2018 / 13:28

“Nar” Yeni ilə yeni smartfonla başlamaq istəyən abunəçilər üçün xüsusi kampaniyaya başlayıb.

Xeberler.az  bildirir ki, dekabrın 24-dən yanvarın 4-nə kimi From.ae/nar səhifəsindən 4G smartfonu alan hər bir “Nar” istifadəçisi 10 GB-dək internet paketi və pulsuz çatdırılma əldə edəcək. Bu kampaniyaya qoşulmaqla abunəçilər yeni telefon əldə etməklə yanaşı, ölkənin ən geniş şəbəkələrindən birinə malik olan “Nar”-ın sürətli 4G internetindən yararlana biləcəklər. Bunun üçün yuxarıda qeyd edilən saytın səhifəsindən 4G smartfonunun sifarişindən sonra qeyd edilən “Nar” nömrəsinin promo kodu təqdim olunacaq. Bu promo kodu SMS vasitəsilə 4565 qısa nömrəsinə göndərməklə aktiv internet paketinə uyğun 4G internet bonusu hədiyyə ediləcək.

Qeyd edək ki, internet paketi 15 gün ərzində aktiv olacaq. Kampaniya haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.