Nar ən fəal şirkət seçildi

05-03-2018 / 22:38

ADA universitetində təşkil olunan karyera sərgisində Nar operatoru “Ən aktiv işəgötürən şirkət” mükafatına layiq görüldü.

Xeberler.az bildirir ki, Sərgi çərçivəsində mobil operatorun iş imkanları və tələbə proqramları ziyarətçilərin böyük marağına səbəb oldu. Keçirilən karyera sərgisində 105 yerli və xarici şirkət iştirak etdi. Azerfon MMC-nin baş icraçı direktoru Qunnar Panke sərgidə aktivliyi ilə seçilən Nar-ın bu mükafata layiq görülməsindən məmnunluğunu dilə gətirdi:

“Yerli bir şirkət olaraq Nar hər zaman azərbaycanlı gənclər üçün iş imkanları yaradır. Biz gənc istedadlardan dünya səviyyəli mütəxəssislər yetişdirməyə çalışırıq, onların parlaq karyera qurmalarına dəstək oluruq. Bu gün ən aktiv işəgötürən olaraq ADA universiteti tərəfindən mükafata layiq görüldüyümüz üçün fərəh hissi keçiririk. Nar-a göstərilən marağa görə bütün sərgi iştirakçılarına təşəkkürümü bildirirəm”.

ADA universitetində keçirilən sərgini ümumilikdə 800-dən çox tələbə ziyarət edib. Birbaşa şirkət təmsilçiləri ilə ünsiyyətdə olan tələbələr müxtəlif şirkətlərdə karyera imkanlarını dəyərləndirmək, həmçinin bu şirkətlərin təcrübə proqramlarında iştirak barədə məlumat əldə etmək imkanı qazanıblar.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.