Nar gələn il LTE Advanced texnologiyasını təqdim edəcək

29-12-2015 / 13:35

Nar mobil operatorunun 4G (LTE) şəbəkəsindən istifadə edən abunəçilərin ümumi sayı 15 mini keçib.

Qısa müddət ərzində 4G şəbəkəsini genişləndirən mobil operator, ilin sonunadək 600 ədəd 4G (LTE) baza stansiyasını yüksəksürətli internet istifadəçilərinin xidmətinə təqdim edəcək.

Şirkətdən Xeberler.az-a verilən məlumatına görə,  bu cür sürətli inkişafın səbəblərindən biri Nar abunəçilərinin yeni texnologiyadan yararlanmaq üçün Sim-kartları dəyişmələrinə ehtiyacın olmamasıdır. Bunun üçün sadəcə smartfonda LTE texnologiyasını seçmək kifayətdir.

Nar abunəçiləri yüksəksürətli 4G şəbəkəsindən eyni sərfəli qiymətlərlə və əlavə hər hansı bir ödəniş olmadan yararlana bilərlər.

Hazırda daha çox abunəçi öz tələblərinə uyğun olan Nar Turbo-paketini seçməklə LTE texnologiyasından yararlanır.

2016-cı ildə Nar LTE şəbəkəsini daha da artırmaq və LTE Advanced texnologiyasını (ITE-A) təqdim etməyi planlaşdırır.

Cəmi 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olan Nar hazırda öz abunəçilərinə 2 938 sayda 2G, 2 085 ədəd 3G və 591 4G (LTE) stansiyalarından istifadə imkanlarını təqdim edir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə