Nar Gəncədə növbəti satış və xidmət mərkəzini açıb

03-03-2016 / 13:40

Nar qərb bölgəsində yeni konseptinə uyğun növbəti Satış və Xidmət Mərkəzini açıb.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Atatürk prospekti 261 ünvanda açılmış yeni mərkəz Gəncə şəhəri və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Özünün müştəri yönümlülük və davamlı təkmilləşmə dəyərlərinə sadiq qalan Nar bu dəfə də istifadəçilərin istəklərinə uyğun bir sıra addımlar atıb.

Açılış zamanı mobil operatorun genişləndirilmiş şəbəkəsi, ən sərfəli tarif və kampaniyaları barədə geniş məlumat verilib. Gəncəlilər qısa müddət ərzində 2 dəfə böyümüş şəbəkə sayəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, abunəçilərin tələblərinə cavab verən sərfəli qiymət və yüksək keyfiyyətli xidmət strategiyası haqqında məlumatlandırılıblar.

Hazırda ölkədə 4 Nar satış-xidmət mərkəzi və 25 “Nar dünyası” mağazası, eləcə də çoxlu sayda Nar diler dükanları fəaliyyət göstərir.

Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə