Nar Göyçay sakinlərini kəsintisiz rabitə ilə təmin etdi

04-06-2018 / 18:48

Baş vermiş güclü sel ilə əlaqədər olaraq Nar Göyçay sakinlərinə pulsuz olaraq öz yaxınları ilə ünsiyyət qurmaları məqsədi ilə 100 ölkədaxili danışıq dəqiqələri təqdim edib. Bundan əlavə, Nar şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilmiş və hazırda Göyçay sakinləri kəsintisiz mobil rabitə və internet xidmətləri ilə təmin edilib.

Xeberler.az bildirir ki, Göyçayda mövcud olan Nar şəbəkəsi, rayonda baş vermiş təbii fəlakət nəticəsində ərazi üzrə xidmət göstərən mobil rabitə xəttinə qismən ziyan dəyməsinə baxmayaraq atılmış çevik addımlar nəticəsində bölgə üzrə kəsintisiz rabitə xidməti təmin edilib. Hazırda Nar şəbəkəsi gücləndirilmiş iş rejimində çalışır və yerli sakinləri stabil mobil rabitə xidməti ilə təmin edir.

Qeyd edək ki, Göyçay çayına gəlmiş sel elektrik və rabitə dirəklərini aşırıb, naqilləri, o cümlədən internet kabelini qırıb, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb. Sel nəticəsində avtomobil yolları və körpülər ziyan çəkmiş və rayon mərkəzilə nəqliyyat əlaqəsi kəsilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə