Nar Göyçayda keçirilən festivalda aktiv iştirak etdi

05-11-2018 / 16:51

“Nar”, Göyçayda keçirilmiş ənənəvi Nar festivalında aktiv iştirak edib. Mobil operator tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub.

Xeberler.az  bildirir ki, müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunan tədbir zamanı qurulmuş “Nar” çadırı ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. Nar bayramında iştirak edənlər “Nar” çadırına gələrək, mobil operator tərəfindən keçirilən tədbiri maraqla izləyib. “Nar” çadırında iştirakçılar üçün xüsusi müsabiqə təşkil edilib və qalib gələnlərə müasir telefonlar hədiyyə edilib. Abunəçilərə mobil operatorun ölkənin regionlarına göstərdiyi diqqəti, xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan və dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifi haqqında ətraflı məlumat verilib.

Bundan başqa, “Nar” əməkdaşları tədbir iştirakçılarına mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2018-ci il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər. Tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin, “Nar” öz abunəçiləri üçün Nar bayramı ilə əlaqədar Göyçaya tur təşkil edib. Beləki, mobil operatorun oktyabrın 30-da sosial mediada abunəçiləri arasında keçirdiyi müsabiqədə qalib gələn 20 nəfər, “Nar” əməkdaşları ilə birgə Göyçaya səfər edib və “Nar” çadırında təşkil edilən tədbirlərdə aktiv iştirak ediblər.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir. “Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə