Nar “Günlük” internet paketini təqdim edir

15-10-2015 / 16:27

Abunəçilərin rahatlığını təmin etməyə çalışan Nar yeni “Günlük” paketini təqdim edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, dəyəri cəmi 0.10 AZN təşkil edən “Günlük” paketinə 20 MB internet trafiki daxildir. “Günlük” paketi əvvəllər mobil internetdən istifadə etməmiş abunəçilər üçün mükəmməl başlanğıcdır. Bu təklif Wi-Fi şəbəkəsinin əhatə etmədiyi ərazilərdə mobil internetdən istifadə hallarına görə əlavə ödənişlə üzləşmək istəməyən smartfon istifadəçiləri üçün də son dərəcə əlverişlidir.

Xidməti aktivləşdirmək üçün “gunluk” yazaraq 777 qısa nömrəsinə göndərmək və ya *777#12#Yes şifrəsini yığmaq kifayətdir. “Günlük” paketini Şəxsi kabinet, eNəzarət kimi xidmətlər vasitəsilə də aktiv etmək olar.

Təklif sadəcə səsli tariflərin istifadəçiləri üçündür.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə