Nar-ın dəstək olduğu Breyn Rinq bilik yarışının qalibi məlum oldu

04-01-2019 / 14:50

Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Breyn Rinq” intellektual bilik yarışlarının on ikinci mövsümü başa çatdı.

Xeberler.az  bildirir ki, bilik yarışlarında ölkənin müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edib. Respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparıb. “Breyn Rinq” intellektual yarışlarında ənənəvi “Bilik” kubokunun qalibi “Kapital Bank” komandası olub. Xatırladaq ki, ilin ilk yarısının qalibi və “Nar” Kubokunun sahibi isə “Full Göyçay” komandası idi.

“Breyn Rinq” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə də keçirilib. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırdılar. “Breyn Rinq” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə ediblər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.