Nar-ın dəstəyi ilə intellektual yarış başladı

09-03-2018 / 16:47

Nar intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də  məşhur bilik yarışlarının baş sponsoru oldu.

Xeberler.az bildirir ki, mart ayında “Brain Ring” intellektual bilik yarışlarının növbəti – onuncu mövsümü start götürüb.

“Brain Ring” bilik yarışlarında respublikanın 15 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda iştirak edir. İyun ayınadək davam edəcək yarışlar hər həftənin bazar günü AzTV vasitəsilə yayımlanır.   

Nar gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir. Artıq dördüncü “Brain Ring” mövsümüdür ki, televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və Nar onlayn müsabiqə keçirirlər. Belə ki, verilişin yayımı zamanı Nar-ın Twitter hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də  Nar operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər. 

Xeberler.az        


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.