Nar-ın dəstəyilə keçirilən NETTY-2018 mükafatının qalibləri bəlli oldu

11-06-2018 / 11:43

Xeberler.az bildirir ki, Nar Azərbaycanın milli internet mükafatı NETTY-2018-ə dəstək oldu. İnformasiya və kommunikasiya texnologiyalarının inkişafına hər zaman töhfə verən mobil operator bir qayda olaraq, bu sahə üzrə irəli sürülən layihələrə dəstək olmaqdadır.

Azərbaycan milli internet mükafatı olan NETTY 2004-cü ildə təsis edilib. Ümumdünya şəbəkəsinin milli seqmenti və İKT bazarının inkişafı məqsədilə yaradılmış NETTY informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk peşəkar mükafatıdır. NETTY Azərbaycanın ən yaxşı internet layihələri və informasiya texnologiyaları sahəsində çalışan peşəkarları aşkar edərək onları mükafatlandırır.

NETTY Mükafatının qalibləri xüsusi yaradılan Ekspertlər Şurası tərəfindən seçilir. Bu il təsis olunmuş Ekspertlər Şurasının 1000-dən yuxarı üzvü olub. 15-22 may 2018-ci il tarixləri arasında mükafatın nominantlar siyahısını formalaşdıran Ekspert Şurası və Virtual münsiflər heyətinin səsverməsi həyata keçirildi. Ekspert Şurası hər nominasiya üzrə üç nominant seçdi. NETTY-2018 mükafatının qalibləri rəsmi olaraq iyunun 8-də təntənəli mükafatlandırma mərasimində elan edilib.

Müsabiqə çərçivəsində aşağıdakı nominasiyalar üzrə Azərbaycanda ən yaxşı resurslar elan olunacaq: Azərbaycan, Dövlət saytı, Elm və təhsil, Mədəniyyət və incəsənət, Cəmiyyət, İnformasiya və xəbərlər, Servis-sayt, Korporativ sayt, Elektron ticarət sahəsində ən yaxşı layihə, İdman, Şəxsi sayt, Virtual münsiflər heyətinin seçimi, Facebook”-da ən yaxşı səhifə, Proqramlar, Video.

Qeyd edək ki, NETTY mükafatının baş sponsoru Nar mobil operatorudur. Nar korporativ sosial məsuliyyət strategiyasının tərkib hissəsi kimi Azərbaycanda İKT sahəsinin inkişafına və müxtəlif innovativ texnologiyaların, o cümlədən startapların inkişafına yönəlik müxtəlif layihələrə dəstək olur. Nar-ın KSM strategiyası haqqında ətraflı nar.az saytından məlumat əldə edə bilərsiniz.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.