Nar-ın korporativ müştərilərinin sayı artmaqdadır

14-01-2019 / 16:14

“Nar”-ın korporativ müştərilərinin sayı ildən-ilə artmaqdadır. Son 1 ildə mobil operatorun korporativ müştərilərinin sayı 30% yüksəlib.

Xeberler.az  bildirir ki, “Nar”, korporativ müştəriləri ilə mütəmadi görüşlər keçirir. Görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Növbəti dəfə “Nar” 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştərisinin iştirakı ilə “Cinema Plus” kinoteatrının “Nar” zalında yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Qeyd edək ki, biznes tərəfdaşlarının sayını sürətlə artıran “Nar” daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. “Nar” korporativ müştərisi olmaqla, sahibkarlar öz biznes tələblərinə uyğun olan təkliflərdən yararlanmaqla yanaşı, keyfiyyətli rabitə və sərfəli qiymətlərdən faydalana bilərlər. Belə ki, korporativ tariflərdən birini seçməklə, müştərilər sərfəli qiymətə yeni model smartfon əldə edə bilərlər. Smartfonu əldə etmək üçün 1 “Nar” nömrəsinin korporativ tarifdə olması kifayətdir. Korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir.

Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur. İnternetdən daimi istifadə edən iş adamları isə “Nar”-ın pulsuz 4G data modem və data nömrələrini əldə edə və 1 il müddətində, xüsusi endirimlə, aylıq 20 GB mobil internetdən yararlana bilər. Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.