Nar istifadəçiləri pulsuz ünsiyyət imkanı əldə edir

29-10-2015 / 13:42

Pulsuz danışıq fürsətini təqdim edən bu paketə mövcud Nar abunəçiləri ilə yanaşı, digər mobil operatorların istifadəçiləri də qoşula bilərlər.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Ailəm paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim olunur. Paketdən yararlanmaqla, abunəçilər öz ailələri, dostları və yaxınları ilə 31 dekabr 2015-ci il tarixədək pulsuz ünsiyyət imkanı əldə edirlər. Ailəm paketinə daxil olan 4 nömrənin hər birinə 1 AZN ilkin balans və 100 MB internet trafiki hədiyyə edilir.

Ailəm paketinin üstünlüklərindən nəinki bütün Nar istifadəçiləri, hətta digər operatorların abunəçiləri də faydalana bilərlər. Bunun üçün onlar, sadəcə öz nömrələrini MND (mobil nömrə daşınması) vasitəsilə Nar operatoruna keçirməlidirlər.

Ailəm paketində ölkədaxili digər istiqamətlərə olan zəngin dəqiqəsi isə Unikal tarifinə (ölkədaxili bütün istiqamətlərə 4 qəpik) əsasən hesablanır. 31 dekabr 2015-ci il tarixindən sonra isə Ailəm paketinin istifadəçiləri öz aralarında cəmi 1 qəpiyə danışa biləcəklər.

Beləliklə, Nar tərəfindən istifadəçilərə təqdim edilən yeni Ailəm paketi böyük uğura imza atıb və kampaniya sayəsində minlərlə Azərbaycan ailəsi öz aralarında pulsuz danışıq imkanından yararlana bilib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə