Nar korporativ müştərilərlə növbəti görüş keçirib

24-09-2018 / 17:27

Sentyabrın 22-də “Nar” operatoru özünün korporativ müştəriləri ilə növbəti görüş keçirib. 100-ə yaxın şirkətdən 250-yə qədər nümayəndənin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsidir. Görüşdə “Nar” ilə əməkdaşlıq edən şirkətlər iştirak ediblər.

Xeberler.az  məlumat verir ki, “Cinema Plus” kinoteatrında baş tutan görüşdən sonra qonaqlar “Nar” zalında “Johnny English 3” adlı yeni filmə tamaşa ediblər. Filmdən sonra iştirakçılar arasında lotoreya keçirilib. Qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran “Nar” artıq daha sərfəli şərtlərlə əməkdaşlıq təklif edir. Mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Bundan başqa, korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələri əlavə edilir. Sözügedən tariflər aylıq 8
AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli
mobil şəbəkədən də istifadə edirlər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.