Nar-la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10-10-2018 / 13:05

Nar abunəçiləri və sosial şəbəkə iştifadəçiləri üçün növbəti maraqlı müsabiqə elan edir. İnternet üzərindən keçirilən “Nar”-ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsində iştirak edənlər mobil operator haqqında verilən sualları cavablandırmaqla pulsuz danışıq dəqiqələri qazanaqcaqlar.

Xeberler.az  məlumat verir ki, müsabiqə oktyabrın 10-u saat 12:30-da başlayır və 12 oktyabr saat 23:59-da yekunlaşacaq. Bütün suallara düzgün cavan verən şəxslər 250 şəbəkədaxili, yarışda iştirak edib nömrəsini qeyd edən istifadəçilər isə 50 şəbəkədaxili dəqiqə qazanacaqlar. “Nar”-ın sosial şəbəkə hesablarında keçirilən müsabiqədə suallar mobil operatorun məhsulları, kampaniyaları, xidmətləri, korporativ sosail layihələri (KSM) və sponsorluq faəliyyəti haqqındadır. Nəticələr 15 oktyabrda elan olunacaq və iştirakçılara elə həmin gün SMS göndəriləcək.

Qeyd edək ki, müsabiqədə bu keçid vasitəsilə iştirak etmək olar:

https://www.nar.az/nar-questions.html


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.