Nar Mobile Azərbaycana 4G xidmətini gətirir

20-02-2015 / 16:34
Nar Mobile texnoloji yenilikləri Azərbaycan bazarına gətirməyə davam edir. Belə ki, Nar Mobile Azərbaycanda ilk dəfə olaraq 3G şəbəkəsini tətbiq etməklə yanaşı, AZAL təyyarələrində mobil rabitə xidmətlərini tətbiq edib.
Bu yaxınlarda isə Nar Home adlanan məhsulunu təqdim edib ki, "Nar Home” istehlakçının istifadə etdiyi müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır.
İndi isə Nar Mobile abunəçiləri 4G xidmətlərindən yararlana biləcəklər.
 “Nar Mobile”  4G xidmətlərini göstərmək üçün Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən lisenziya əldə edib.
 
4G (4-cü nəsil) texnologiyası abunəçilərə 300 mbps qədər internet sürətindən istifadə etmək imkanı yaradacaq.
 
Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan "Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində "Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır.
Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. "Nar Mobile” Bakı 2015 Avropa oyunlarının rəsmi mobil rabitə təminatçısıdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə