Nar Mobile-dan yeni kampaniya

24-06-2010 / 06:53

Nar Mobile şəbəkəsinə qoşulan yeni abunəçilər «500 Canlandıran Dəqiqə» kampaniyası çərçivəsində bonuslar qazanaraq, sərhədsiz ünsiyyət dünyasına qatılmaq imkanı əldə edəcəklər. Kampaniya iştirakçıları ilin sonunadək ölkədaxili zənglər üçün 250 pulsuz dəqiqə, həmçinin Video Zənglər  üçün 250 pulsuz dəqiqə bonus sahibi olacaqlar.

Kampaniyaya qoşulmaq üçün:

• 14.04.2010-cu il tarixinədək Nar nömrələrini istifadə etmiş abunəçilər, balanslarına ən azı 2 AZN yükləyərək  bu gözəl imkandan istifadə etmiş olacaqlar. Bu abunəçilər kampaniyaya qoşula biləcəkləri haqda məlumatı öyrənmək üçün *777#502#YES kodunu yığmalıdırlar.

• Kampaniya zamanı Nar Mobile şəbəkəsinə qoşulmuş yeni abunəçilər isə sadəcə *777#500#YES kodunu yığmalıdırlar.
 
*Kampaniya 18.06.2010 – 14.08.2010 tarixindək etibarlıdır. 

Ətraflı məlumat əldə etmək üçün www.NarMobile.az saytına müraciət etmək və ya 7775 – İnteraktiv Bələdçi, 777/444 0 777 nömrələrinə zəng vurmaq kifayətdir. // xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə