Nar Mobile növbəti beynəlxalq rominq sazişlərini imzalayıb

11-11-2009 / 17:38

Abunəçilərin xaricdə olarkən mobil şəbəkədən rahat istifadəsini təmin  etmək məqsədilə Nar Mobile yeni beynəlxalq rominq sazişləri imzaladı.

Nar Mobile-ın yeni 5 rominq tərəfdaşı MTN (Qvineya Bissau), China Mobile (Çin), Finnet Networks LTD/DNA (Finlandiya), Zain (Qana) və  Zain SD (Sudan)  mobil operatorları oldular. 


Ümumilikdə Nar Mobile dünyanın 89 ölkəsi ilə  189 rominq və 62 ölkə ilə 107 GPRS rominq sazişi imzalayıb.

Rominq xidmətini aktivləşdirmək üçün Nar Mobile Mərkəzlərinə müraciət etmək kifayətdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə