Nar Mobile yeni Tarif Planı təqdim etdi!

05-02-2009 / 11:20

Nar Mobile abunəçilərinin istifadəsinə Söhbətcil Tarif Planı təqdim etdi.
Söhbətcil Tarif Planının əsas üstünlüyü şəbəkədaxili zənglər üçün cəmi 3 qəpikdən danışmaq imkanıdır.

“Azerfon” şirkətindən verilən məlumata görə, yeni tarif planında danışıqların ilk dəqiqəsinin qiyməti – 9 qəpik, ikinci dəqiqəsinin qiyməti – 6 qəpik, üçüncü və növbəti dəqiqələrin qiyməti – cəmi 3 qəpik təşkil edir.
“Söhbətcil” tarif planına *777#237#yes şifrəsini yığmaqla və ya «S» hərfini yazaraq 771 nömrəsinə SMS göndərməklə keçmək olar. Bu Tarif Planı öncədən ödənişli və abunə haqqı olmayan tarif planıdır.

Söhbətcil Tarif Planına Nar Mobile Mərkəzlərinə, rəsmi Nar Mobile distribütor/diler şəbəkəsi və ya www.NarMobile.az İnternet saytına müraciət etməklə qoşulmaq mümkündür.

Hazırda, Nar Mobile abunəçilərinin maraqlarına cavab verən bu tarif planlarını təqdim edir: Tələbə, Nar Mobile Məkanı, Həvəskar, Xoş xəbər, Məqsədə Doğru, Rəngarəng Zövglər (Rejim -1), (Rejim – 2) və yeni Söhbətcil Tarif Planı.

Xatırladaq ki, “Nar Mobile” şəbəkəsi Azərbaycan ərazisinin 80%-ni əhatə edir. Şirkətin 1 mln-dan çox abunəçisi var.


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.