Nar müştəriləri ilə görüşüb

27-06-2018 / 17:52

İyun ayının 22-də Nar operatoru özünün korporativ müştəriləri ilə görüş keçirib.

Xeberler.az bildirir ki, 249 şirkət nümayəndəsinin dəvət edildiyi görüşün keçirilməsində əsas məqsəd korporativ müştərilərə mobil operatorun yeni imkanları barədə məlumatın verilməsi və əlaqələrin gücləndirilməsindən ibarət idi.

Qeyd edək ki, görüşdə Nar ilə əməkdaşlıq edən şirkətlərlə yanaşı, mobil operatorun abunəçisi olmaları üçün hazırda danışıqlar aparılan şirkətlərin nümayəndələri də iştirak edirdilər. Bakı şəhərindəki 28 Mall alış-veriş mərkəzində yerləşən Cinema Plus kinoteatrında baş tutan görüşdən sonra qonaqlar Nar zalında təqdim edilən "Ouşenin 8 rəfiqəsi" filminin nümayişinə dəvət edildilər.

Xatırladaq ki, mobil operator biznes üçün nəzərdə tutulmuş tarif planlarının tərkibində olan bonusları da artırıb. Şəbəkədaxili və şəbəkəxarici danışıq dəqiqələrinin, həmçinin beynəlxalq zənglərin həcmi tarifdən asılı olaraq 25%-dən 85%-dək artırılıb. Daha bir yenilik korporativ tarif planlarına şirkətdaxili limitsiz danışıq dəqiqələrinin əlavə edilməsidir. Sözügedən tariflər aylıq 8 AZN-dən başlayan abunə haqqı ilə təklif olunur.

Belə ki, korporativ tarif planlarına qoşulan abunəçilər istər səsli xidmətlər, istərsə də mobil internet üçün sərfəli tariflərdən yararlanmaqla yanaşı, 24/7 rejimində çalışan xüsusi müştəri xidmətlərindən və yüksəkkeyfiyyətli mobil şəbəkədən də istifadə edəcəklər.

Korporativ tərəfdaşlıq üçün 789 telefon nömrəsi və ya bu elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.