Nar nömrə ilə xaricdə WhatsApp pulsuzdur

18-03-2019 / 18:09

“Nar” Novruz bayramı ilə əlaqədar xaricə səyahət edəcək abunəçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Mobil operatorun istifadəçiləri “Nar” rominq ilə internet, “WhatsApp” vasitəsilə  pulsuz yazışma və səsli zəng əldə edirlər. Bütün abunəçilərini nəzərə olan “Nar” 4 müxtəlif rominq paketi təqdim edir. 

Xeberler.az  bildirir ki, “Roaming 9” paketi 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir.  “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” vasitəsilə   yazılı mesajlar pulsuzdur.  “Roaming 9”, “Roaming 15” paketlərinin istifadə müddəti 5, “Roaming 18” və “Roaming 28” paketlərinin istifadə müddəti isə 15 gündür.
 
Qeyd edək ki, “Nar”-ın təqdim etdiyi rominq paketlərinin sərfəli olması, istifadəçilərin sayını artırmaqdadır. Son 1 il ərzində “Nar”-ın rominq istifadəçilərinin sayı 174% artıb.
 
Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə “R” göndərməklə əldə etmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə