Nar növbəti rəsmi mağazasını Qəbələdə təqdim etdi

28-02-2019 / 11:43

“Nar” paytaxtla yanaşı, regionlarda yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti rəsmi mağzasını Qəbələdə təqdim edib.

Xeberler.az  bildirir ki, yeni konseptə uyğun mağaza Qəbələ rayonu, H.Əliyev küçəsində yerləşir. Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilmiş dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəriyönümlülük dəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı, eyni zamanda diler əməkdaşları tərəfindən digər yüksəkkeyfiyyətli müştəri xidmətləri göstəriləcək. Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, fevral ayının 28-i və martın 1-i mağazaya gələn hər bir müştəriyə “Nar” nömrə hədiyyə veriləcək. Bundan başqa, telefon və aksesuar alanlara da “Nar” nömrələr hədiyyə olunacaq.

Qeyd edək ki, “Nar” paytaxtla yanaşı, ölkənin regionlarına xüsusi diqqəti ilə seçilir və bölgələrdə yaşayan abunəçilərə yüksəkkeyfiyyətli mobil rabitə xidməti göstərir. Bu çərçivədə “Nar” xüsusi olaraq Azərbaycanın bölgələrində yaşayan abunəçilərinə cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifini təqdim edib. “Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə