Nar ötən il yüksək nəticələr əldə edib

12-01-2018 / 16:36

Nar 2017-ci ildə şəbəkənin gücləndirilməsi istiqamətindəki planlaşdırılmış genişmiqyaslı işləri uğurla həyata keçirərək yüksək nəticələr əldə edib.

Xeberler.az şirkətə istinadən bildirir ki, il ərzində mobil operatorun baza stansiyalarının ümumi sayı 6500-ü ötüb keçdi, işğaldan azad edilmiş ərazilərdə şəbəkənin təmin edilməsi istiqamətində işlər görülub.

Şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərə çarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən HD-Voice (High Definition Voice) xidməti təqdim edilib.

2017-ci ildə 400-dən çox 4G (LTE) baza stansiyası quraşdıran Nar, LTE stansiyalarının sayını 1000-ə çatdırdı, Gəncə şəhəri və ətraf bölgələrdə 4G baza stansiyaları quraşdıraraq bölgələrdə LTE şəbəkəsinin təmin edilməsi prosesinə uğurla start verib.

Planlaşdırıldığı kimi LTE-A (LTE Advanced) şəbəkəsinin Bakı və Abşeron yarımadasını əhatə etməsi təmin edildi. 300-dən çox 3G baza stansiyasının quraşdırılması ilə 3G stansiyalarının ümumi sayı 2500-ü keçibş

3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərindən 3G IP (Internet Protocol) xətlərinə keçid baş tutub.

 Nəticədə 3G şəbəkəsinin 99,7%-nin IP texnologiyalı transmissiya xətləri üzərindən fəaliyyət göstərməsi təmin edilib və baza stansiyalarının IP transmissiya zolağı boyunca son məntəqələr arasındakı əsas daşıyıcı transmissiya xətlərinin tutumunun şəbəkə üzrə artımı 2016-cı il ilə müqayisədə ümumilikdə 70%-ə çatdırılıb.

Görülmüş işlər sayəsində Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Belə ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində Nar-ın şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail oldu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirdi və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Nar 2018-ci ildə də təkmilləşdirmə işlərini davam etdirməyi, şəbəkəsini daha da mükəmməlləşdirərək həm paytaxt, həm də bölgələrdəki abunəçiləri yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin etməyi planlaşdırır.     

 Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.