Nar paytaxtda növbəti rəsmi mağazasını təqdim etdi

02-04-2019 / 17:45

“Nar” bütün ölkə ərazisində yaşayan sakinlərə göstərilən xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə, mağazalarının sayını artırmaqda davam edir. Mobil operator növbəti mağazasını paytaxtın Binə qəsəbəsində təqdim edib. 

Xeberler.az  bildirir ki, yeni konseptə uyğun ekspress tipli mağaza Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə 9 ünvanında yerləşir.

Qeyd edək ki, müasir avadanlıqlarla təchiz edilən dükanda müştərilərə müxtəlif təkliflərlə xidmət göstəriləcək. Özünün müştəri yönümlülükdəyərlərinə sadiq qalan “Nar”, mağazada nömrələr üzərində müxtəlif əməliyyatların həyata keçirilməsi, satışı, internet paketlərinin alışı, telefonların satışı da daxil olmaqla, diler əməkdaşları tərəfindən bütün növ abunəçi xidməti göstərir.

Yeni dükanın təqdimatı ilə əlaqədar olaraq, aprelin 15-nə kimi mağazadan nömrə alan müştərilərə “Nar” tərəfindən müxtəlif hədiyyələr və ikinci nömrə veriləcək. “Nar” mağazalarının ünvanı və xidmətləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə