Nar Ramazan ayında danışıqları ikiqat sərfəli edib

22-05-2018 / 17:33

Bütün Nar abunəçiləri, Ramazan ayı boyunca balanslarına yüklədikləri qədər məbləği dərhal bonus olaraq qazanırlar.

Xeberler.az bildirir ki, Ramazan bonusları ölkədaxili bütün istiqamətlərdə zənglərə, həmçinin SMS və mobil internet xidmətindən istifadə etmək üçün sərf edilə bilər.

Ramazan kampaniyasına qoşulan abunəçilər, faktiki olaraq, ikiqat sərfəli qiymətə danışmaq imkanı əldə edir. Üstəlik, Nar abunəçisi mobil xidmətlərdən istifadə edərkən, xidmət haqqı ilk növbədə balansdakı məbləğdən deyil, bonuslardan çıxılır. Kampaniyaya qoşulmaq üçün sadəcə *777#710#YES şifrəsini yığmaq kifayətdir.

Qeyd edək ki, Ramazan bonusu qazanmaq üçün balansı ən azı 2 AZN məbləğində artırmaq lazımdır. Bu kampaniya tamamilə pulsuzdur və heç bir əlavə ödəniş mövcud deyil. Kampaniya iyun ayının 19-na qədər davam edəcək. Bonusların istifadə müddəti kampaniyanın sonuna qədərdir. Bonusları *777#20#YES şifrəsi ilə yoxlmaq mümkündür.

Ramazan kampaniyası və Nar-ın bütün tarif və kampaniyaları haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə