Nar rominqdə 4G xidmətinin əhatəsini genişləndirir

27-10-2016 / 11:03

Nar rominqdə olan abunəçiləri üçün 4G xidmətinin coğrafiyasını genişləndirməyə davam edir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Almaniya, Belçika, Macarıstan, Rumıniya, Serbiya, Rusiya və Omandan sonra Nar istifadəçiləri artıq Albaniya, Çexiya, Gürcüstan, İsrail, Cənubi Koreya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Portuqaliya, Tayvan, Türkiyə, BƏƏ və Böyük Britaniyada da 4G-rominq xidmətindən yararlana bilirlər. Qeyd edək ki, rominqdə olarkən 4G xidmətindən istifadəyə görə əlavə ödəniş tətbiq edilmir.    

Hazırda Nar rominq xidməti dünyanın 172 ölkəsində aktivdir. Nar operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, Nar nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, Nar nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

 Rominq xidmətindən istifadə və 4G şəbəkəsi haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar. 

 

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə