Nar sosial media mükafatına layiq görülüb

14-02-2017 / 10:30

Nar “İlin ən yaxşı “tweet”-i” nominasiyasında Bomba sosial media mükafatına layiq görüldü. Buna səbəb mobil operatorun sosial şəbəkələr üzərindən göstərdiyi aktiv fəaliyyətdir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, müştərilər Twitter, Facebook və digər sosial şəbəkələrdə Nar-ın maraqlı paylaşımlarını izləyə, həm də onları maraqlandıran sualları birbaşa yaza bilərlər.

Belə ki, Nar sosial şəbəkələr üzərindən tam şəkildə müştəri xidməti göstərən ilk və hazırda yeganə mobil operatordur. İnternet istifadəçiləri harada olduqlarından asılı olmayaraq Nar-a yaza və üçüncü tərəfə yönləndirmə olmadan birbaşa xidmətlərdən yararlana bilərlər.

Twitter istifadəçilərinin Nar-a yazdıqları sorğular təkcə xidmətlərlə məhdudlaşmır. Twitter istifadəçiləri Nar ilə bağlı istədikləri mövzuda səhifəyə yazır və cavab ala bilirlər. Nəticədə, 2016-cı ilin göstəricilərinə əsasən, Nar izləyicilərinin hər 1000 nəfərə görə aktivliyi orta hesabla 544 nəfər təşkil edib. İzləyici aktivliyinə görə Nar-ın Twitter səhifəsi ölkədə ən aktiv korporativ səhifədir.

Bundan başqa, 2016-cı ildə Nar-a sosial şəbəkələr üzərindən müraciətlərin sayı 2015-ci illə müqayisədə 84% artmışdır. Sorğuların artmasına baxmayaraq, istifadəçilərə göstərilən xidmətin də keyfiyyəti yüksəlmişdir; Facebook-un göstəricilərinə əsasən, daxil olan sorğuların 98%-i bir neçə dəqiqə ərzində cavablandırılır.

Nar təkcə Twitter, Facebook, YouTube və Instagram-da deyil, hətta Google+, Soundcloud kimi sosial şəbəkələrdə də aktiv fəaliyyət göstərir. Sosial şəbəkələr üzərindən yüksəkkeyfiyyətli xidmət göstərmək, eləcə də izləyicilər üçün maraqlı məzmunların paylaşılması Nar-ın müştəri yönümlü xidmət strategiyasının tərkib hissəsidir.

Bu strategiyanın məntiqi nəticəsi kimi Nar Azərbaycanın nüfuzlu sosial media mükafatı olan Bomba mükafatına layiq görüldü. Bomba mükafatı 2016-cı ildə Twitter, Facebook, YouTube və Instagram səhifələrində ən yaxşı və aktiv fəaliyyət göstərən blogger, istifadəçi  və şirkətlərə verilir. Mükafata bütün nominasiyalar üzrə namizədlər sosial şəbəkələr üzərindən aparılan səsvermə ilə seçilir. Daha sonra münsiflər heyəti bu namizədlər arasından qalibləri seçir. Səsvermələrə əsasən, Nar “İlin ən yaxşı “tweet”-i”, “İlin ən yaxşı korporativ Instagram səhifəsi” və “İlin ən yaxşı korporativ Facebook səhifəsi” nominasiyalarında təmsil olunurdu.

Günel

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.