Nar və Avtostop-dan maraqlı müsabiqə

30-03-2018 / 20:54

Nar və DJ Tural Yusifovun müəllifi olduğu Avtostop radio layihəsi yeni müştərək aksiyaya start verib.

Belə ki, 2 aprel – 21 may 2018-ci il tarixləri arasında hər həftənin bazar ertəsi saat 18:00-dan 19:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri Nar tərəfindən xüsusi mükafatlarla təbrik ediləcəklər.

Xeberler.az bildirir ki, yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan dəyərli hədiyyələr qazanmaq fürsəti əldə edəcəklər.

Qeyd edək ki, Nar ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə