Nar Wi-Fi ilə 4G artıq evinizdə

03-12-2018 / 15:34

“Nar” yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısını təqdim edir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcək.

Xeberler.az  bildirir ki, yeni mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün “Nar Wi-Fi” ruterini özünüzlə götürmək yetərlidir ki, qısa müddətdə 4G interneti evinizdə olsun. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi 20 Mbps sürətli internetlə təmin edən naqilsiz texnologiyadır.

Avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edəcək, həm də 6 aya qədər internetə çıxış imkanı qazanacaqlar. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşəcək. Azərbaycada kiçik və orta biznesin inkişafı üçün yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi”-ın müştərinin növünə (pərakəndə və ya biznes) görə fərqli, sərfəli qiymətləri, sürət və
internet həcminə görə isə müxtəlif paket variantları var. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir. “Nar Wi-Fi” və cihazın satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.