Nar yeni Avropa paketini təqdim edib

14-05-2018 / 13:42

Nar tamamilə yeni Avropa paketini təqdim edib.

Xeberler.az bildirir ki, hər bir anı dostlarla paylaşmaq üçün artıq xaricdə Wi-Fi axtarmağa ehtiyac yoxdur.

Belə ki, bu fürsətdən istifadə edərək Avropanın bir çox ölkələrinə internetlə bərabər səyahət etmək və rominqdə hər 1 MB üçün cəmi 2 qəpik ödəyərək internetdən bolluca faydalanmaq olar. Trafik 200 MB təşkil edir, paketin qiyməti isə 4 AZN-dir.

Paketə *777#078#YES yığaraq və ya “şəxsi cabinet” vasitəsilə qoşulmaq mümkündür.

Qeyd edək ki, paketi istənilən qədər sifariş etmək olar və paket çərçivəsində sifariş edilən bütün bonuslar toplanır. Paketdən istifadə müddəti 15 gündür. Bu müddət tamamlanmadan trafik bitərsə, hər 1 MB-ın dəyəri 30 qəpik təşkil edəcək. Paketin istifadə müddəti bitdikdə, hər 1 MB-ın dəyəri zonaya uyğun hesablanacaq.

Bonusları yoxlamaq üçün *777#20#YES yığmaq lazımdır. “Europe” və ya “Avropa” yazıb 777 nömrəsinə göndərərək, həmçinin nar.az internet səhifəsinə daxil olaraq paket barədə əlavə məlumat əldə etmək olar.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə