Nar yeni kampaniyaya başlayıb

11-11-2015 / 10:57

Nar yeni kampaniyaya başlayıb.

Sony smartfonu alan müştərilərdə məbləğin yarısı balansa yüklənir.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Nar və World Telecom (WT) mağazalar şəbəkəsi yeni kampaniyaya başlayıblar. Noyabr ayı ərzində WT mağazalarından istənilən Sony smartfonunu alan hər kəsə Nar tərəfindən pulsuz nömrə və cihazın qiymətinin yarısı qədər danışıq və internet trafiki hədiyyə edilir. Bonuslar smartfon əldə etmiş hər kəsə 6 ay ərzində aybaay təqdim edilir.

Kampaniya çərçivəsində World Telecom dükanlarında istənilən Sony smartfonunu ilkin ödənişsiz, nağd qiymətə və 12 ay ərzində hissə-hissə ödəmək şərtilə almaq mümkündür.

Smartfon almaq istəyənlər kampaniya barədəki əlavə məlumatı mobil operatorun internet səhifəsindən əldə edə bilərlər: www.nar.az

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə